DYMO | Mimio

DYMO/Mimio (ABŞ)– dünyada interaktiv təhsil texnologiyaları sahəsində qabaqcıl və tanınmış şirkətdir. Xüsusi olaraq təhsil sistemi üçün yaradılmış DYMO/ Mimio texnologiyası avadanlıqla yanaşı proqram təminatı, tədris kontenti (rəqəmsal dərs resursları) və keyfiyyətli təlim təmin edir. Məhz buna görə də MİMİO interaktiv lövhələri bütün dünyada Dövlət təhsili tərəfindən dəstəklənir.

DYMO | Mimio

Təlim Mərkəzinin nailiyyətləri 2011 -ci il yanvar ayında BBTİ tərəfindən təşkil olunmuş “Təhsildə İKT: bilik, tecrübə,texnologiya” baxışsərgisi çərçivəsində nümayiş etdirilmişdir. Azərbaycan Təhsil Sisteminin işçiləri və ölkə ictimaiyyəti MİMİO interaktiv lövhələrinin müəllimlər tərəfindən geniş və uğurla istifadə edilməsinin və məktəblərdə MİMİO interaktiv avadanlığına böyük tələbatın olmasının şahidi oldular.

DYMO | Mimio

Bakı Şəhəri Təhsil İdarəsinin təşkil etdiyi “Təhsildə İKT: bilik, təcrübə texnologiya” adlı baxış sərgisi iştirakçılarının mükafatlandırılma mərasimi keçirildi. Bu müsabiqəyə Mimio İnteraktiv texnologiyaları üzrə ən yaxşı dərs nümayiş etdirən 225 saylı məktəbin riyaziyyat müəllimi Sevinc Babayevaya Mimio Teach və həmin məktəbin informatika müəllimi Roza Qasımovaya Mimio Pad cihazları hədiyyə olundu.

DYMO | Mimio

İnteraktiv dərs qurmaq üçün Mimio ilə yanaşı noutbuk və proyektortələb olunur. Mimio cihazı hər hansı bir ağ səthə asanlıqlabərkidilir. Stilus ultrasəs və infraqırmızı şüalar vasitəsiləsiqnalları qurğuya göndərir, belə ki, o qələmin harda olduğunu və nəetdiyini müəyyən edir və beləliklə adi ağ lövhəsinin səthi interaktivsensor ekranına dönür.

DYMO | Mimio

Müasir tələblərə cavab verən avadanlığın təhsil ocaqlarında istifadəsinə böyük tələbatın olduğunu nəzərə alaraq, Təhsil nazirliyinin dəstəyi ilə 2009-cu ilin yanvar ayında Təlim mərkəzi yarandı və ABŞ DYMO/Mimio şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən məktəblərdə geniş şəkildə MİMİO İnteraktiv texnologiyaları üzrə təlim kursları təşkil olundu.

DYMO | Mimio

Yeni “Mimio İnteraktiv sinif” Mimio Teach cihazı, Mimio View Sənəd Kamerası, Mimio Vote sorğu sistemi, Mimio planşetindən ibarətdir. Mimio Sənəd Kamerası köməyi ilə siz hər hansı sənəd və ya əşyanın foto və ya video görütüsünü əldə edib dərhal lövhədə əks edəbilərsiniz. Mimio Vote sistemi isə sorğu prosesi bitdikdən sonra dərhal sagirdlərin cavablarını qiymətləndirilir və nəticələri məktəb jurnalinda avtomatik qeyd edir.

DYMO | Mimio

Bakı şəhərində keçirilmiş “İKT təhsildə: bilik, təcrübə, texnologiya” adlı baxış sərgisində ümumtəhsil məktəblərinin müsabiqədən keçmiş onlarla müəllimi interaktiv dərslərini Mimio qurğusu vasitəsilə elektronlaşmış lövhələrdə, digərləri isə kompyuter monitorlarında geniş auditoriyaya nümayiş etdirmişdir.

DYMO | Mimio

Hal - hazırda Bakı şəhərində yüzdən artıq məktəb və digər təhsil müəssisələrində çalışan min nəfərdən çox müəllim və işçiləri Mimio İnteraktiv lövhələrinin istifadəsi və Mimio proqramında elektron interaktiv tədris materiallarının hazırlanmasına dair təlimlərdə iştirak etmiş və müvafiq sertifikatlara layiq görülmüşlər. Bu isə Mimio interaktiv avadanlığına və müvafiq təlim kurslarına olan ciddi maraq və tələbatın göstəricisidir.

Nəyə görə Mimio?

· İstifadəsi olduqca asandır

· Hər növ hamar səthi bir anda interaktiv lövhəyə çevirir

· Çox yüngüldür (0.5kq) və çox kiçikdir (24sm)
· Kompyuterlə simsiz rabitə imkanı

· Yarada biləcəyiniz interaktiv lövhənin maksimum ölçüsü 122x244 sm.

· Daha böyük lövhə əldə etmək üçün bir neçə aparatdan birgə istifadə imkanı

· Rahat və çoxfunksiyalı proqram təminatı. Bütün aktual video və audio formatların dəstəklənməsi

· Proyektor və kompyutersiz adi marker lövhəsində 10 saat ərzində yazdıqlarınızın Mimio nun yaddaşında saxlamaq imkanı

· Lövhədəki görüntünün səslə birlikdə yaddaşa yazılması

· “İnteraktiv lövhənizin” cızılma və ya korlanma təhlükəsi yoxdur.

Təhsil və Mimio

Söylə ki, unudum.
Göstər ki, yadda saxlayım.
Qoy mən özüm fəaliyyətdə olum və öyrənim.
Konfutsi (551-479 e.ə)

Yeniliyi anlayaraq, köhnəni bəsləyən şəxs müəllim ola bilər.
Dərs hər bir müəllimin vizit kartıdır. Pedaqoji fəaliyyətimizdə rəhbər tutduğumuz humanistlik, demokratiklik, sərbəstlik və s.kimi prinsiplər içərisində interaktivliyi xüsusilə qeyd etmək istəyirəm. Uzun müddət bu prinsipin reallaşması üçün uyğun vasitələr axtarırdım. Nəhayət MİMİO ilə tanış oldum! MİMİO təlim texnologiyalarının ən üstün cəhəti onun universal olmasıdır. İstifadəsi çox sadə olan alətlər toplusu müəllimin fəaliyyətini asanlaşdırır, imkanları genişləndirir, az vaxt ərzində daha çox və effektiv iş görülür. Dərsin tipindən asılı olmayaraq, istənilən məqamda, konkret vəziyyəti nəzərə alaraq, MİMİO qurğusundan istifadə etmək olar. Belə dərslər çox dinamik olur, şagirdlər səylə çalışırlar, məqsədə çatmaq üçün bilik və bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini fəallıqla nümayiş etdirirlər. İnteraktiv MİMİO qurğusu adi lövhəni «ağıllı lövhə» edir. MİMİO nəinki dərsin rasional təşkilidir, həm də pedaqoji və psixoloji məsələlərin həllidir. MİMİO öyrənmək, anlamaq və yaratmaq imkanı verən vasitədir.