Heydər Əliyev 91: Beynəlxalq elmi-praktik konfrans

7 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və «DYMO/Mimio» (ABŞ) şirkətinin Azərbaycandakı Rəsmi Nümayəndəliyi – “Smart Technologies” şirkəti ümumimilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “İnteraktiv texnologiyalar və müasir təhsil – 2014” beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözu ilə açan institutun direktoru Qulu Novruzov Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlət quruculuğu və təhsilinin inkişafında gördüyü xidmətləri barədə ətraflı çıxış etmişdir.

 

Beynəlxalq konfransda çıxış edən RF Təhsilin informatlaşdırması Akademiyasının müxbir üzvü, dosent Sofiya Qorilskaya Bakının “Mimio”-nun paytaxtına çevirildiyni bildirdi. O, bildirmişdir ki, aprel ayında sayta daxil olma 100% olmuş, statistik göstəriciyə görə isə ölkəmiz 6-cı yerə yüksəlmişdır. İstifadəçilər arasında bu çox sevindirici göstəricidir. Google.com analitik saytının təqdim etdiyi göstəricilərə əsasən ölkəmiz Rusiya və Ukraynadan sonra şəksiz liderliyi saxlayır. Qeyd edək ki, burada ABŞ Azərbaycandan arxadadır. İnteraktiv texnologiyaların təhsil sistemində istifadəsinin əvəzsiz olduğu barədə diğər geniş məlumatları Təhsilin informatlaşdırması Akademiyasının saytında tanış olmaq olar.

 

“Bekdata Teknoloji”- Mimio (ABŞ) şirkətinin Türkiyə və türkdilli ölkələr üçün regional nümayəndəliyin Ümumi Direktoru Bekir Gülağıllı hazırkı lövhələrin ağıllı proyektor və led televizorlarla əvəz olunacaqları barədə konfrans iştirakçılarını məlumatlandırdı. Yeni pedaqoji texnologiyalar və texniki vasitələr artıq hər yerdə öyrənmək imkanı verəcəkdir. Natiq Azərbaycan müəllimi üçün əmək haqqının önəmli olmadığını, tədris texnologiyaları ilə təminatın daha öndə olduğunu qeyd etdi. “Mimio”dan istifadə ilə öyrənməyin daha əlverişli yol olduğu vurğulandı.

 

Smart-texnoloji şirkətinin nümayəndəsi Şəfa xanım “İnternet Əlifba” və “Riyaziyat” fənləri ilə bağlı təqdimatla çıxış etdi.

 

Konfrans çərçivəsində mart ayında elan olunmuş müsabiqənin laureatları günün ikinci yarısında təqdimatlarla çıxış edərək mükafatlandırıldılar. Burada başlıca məqsəd interaktiv lövhələrdən istifadə etməklə yeni təlim texnologiyaları ilə işləyən təşəbbüskar müəllimlərin təcrübəsinin öyrənilib yayılması və bütövlükdə pedaqoji kadrların peşəkarlığının yüksəldilməsindən ibarətdir.

 

Müsabiqədə Respublikanın 5 şəhər (Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan) və 23 rayonundan (Şəki, Abşeron, Neftçala, Masallı, Şamaxı, İsmayıllı, Ağsu, Oğuz, Ağcəbədi, Qəbələ, Qubadlı, Biləsuvar, Beyləqan, Ağdaş, Kürdəmir, Yevlax, Astara, Qax, Saatlı, Gəncə, Füzuli, Cəbrayıl, Ağdam) 315 nəfər müəllim 17 fənn üzrə 308 işlə iştirak etmişdir. Müsabiqəyə ən çox Bakı şəhərindən və Şəki rayonundan iş təqdim olunmuşdur. Bakı şəhərindən 219, Şəki rayonundan isə 36 iş təqdim edilmişdir.

Onlardan 70-i riyaziyyat fənnindən, 54-ü Azərbaycan dili və ədəbiyyat fənlərindən, 32-i xarici dil (ingilis dili) fənnindən, 30-u tarix fənnindən, 26-ı biologiya fənnindən, 23-ü həyat bilgisi fənnindən, 20-i informatika fənnindən, 53 iş isə qalan digər fənlərdən olmuşdur.

Xüsusi yaradılmış komissiya tərəfindən təqdim olunmuş işlər ekspertiza olunmuş, müxtəlif fənlər üzrə 12 iş finala çıxmışdır. Yerdə qalan işlərdən 12-i isə digərlərindən fərqləndiyinə görə müvafiq mükafata təqdim olunmasını komissiya məqsədəmüvafiq hesab etmişdir.

 

Konfransda finala çıxmış 12 işin müəllifləri öz məharətlərini göstərmiş, hazırladıqları işləri təqdim etmiş, yaradılmış münsiflər heyəti həmin işləri dəyərləndirərək, müsabiqənin şərtlərində qeyd olunduğu kimi, 1-ci yeri tutan qaliblər Mimio Teach İnteraktiv qurğusu (elektron lövhə), 2-cı yeri tutan qaliblər Mimio View İnteraktiv Sənəd Kamerası, 3-ci yeri tutan qaliblər Mimio Pad İnteraktiv Planşet ilə və “Təhsildə interaktiv texnologiyalar – 2014” Diplom və qiymətli hədiyyələr ilə təltif olunmuşlar.

 

 Hümeyir Əhmədov və Almaz Həsrət

http://www.kurikulum.az/index.php/az/81-xeberler/585-heyd-r-liyev-91-beyn-lxalq-elmi-praktik-konfrans

On May 9th, 2014, posted in: Son Xəbərlər by
Comments are closed.