MimioPad

MimioPad

MimioTeach™ sisteminizə MimioPad™ simsiz planşet əlavə etməklə özünüzə və şagirdlərinizə kompyuterdən 9,1 metrə qədər məsafədən lövhədə birgə işləmək imkanı qazandırırsınız. MimioPad dəstinə elektrikdən dolan litium-ion batareyası ilə işləyən nazik stilus qələmi və MimioStudio proqram təminatı daxildir. MimioStudio proqramında daha çox istifadə olunan funksiyaları planşetdəki fərdiləşdirilmiş qisayol düymələrindən idarə etmək olar. Bir kompyuterə 50-yə qədər MimioPad planşeti qoşula bildiyindən şagirdlər yerlərindən durmayaraq dərsdə fəal iştirak edə bilərlər.

Dəstə daxildir:

MimioPad planşeti, stilus qələmi, USB mini-B kabeli (0,9 m uzunluğunda), USB RF simsiz qəbuledici, qələm ucu dəyişdirmə aləti, dəyişdirilə bilən 2 ədəd qələm ucu, dolabilən litium-ion batareyası, qələm ipi (seçimlə), Windows (MimioStudio 7) və Mac (MimioStudio 6.21) proqram təminatının quraşdırılması üçün 3 ədəd CD, MimioPad quraşdırılma və istifadə təlimatı (Win, Mac, Linux üçün).