“MimioStudio™ 10 proqram təminatı

MimioStudio™ 10 proqram təminatı

Windows üçün “MimioStudio™ 10 proqram təminatı MimioClassroom™ məhsullarının bütün imkanlarını üzə çıxarır. Proqram təminatının avtomatik inteqraqsiya imkanları sayəsində MimioStudio alətləri hər biri ayrılıqda və eyni zamanda birlikdə mükəmməl işləyirlər. MimioStudio proqram təminatı əksər populyar proqramlar, o cümlədən Microsoft Office və Adobe Acrobat ilə tam uyğunlaşdırılıb.

Qeyri-adi dərslər

MimioStudio proqram təminatı ilə yaratmaq rahatdır. Onun dərhal anlaşıqlı funksiyaları və sadə interfeysi təsvirləri, multimedia və internet linklərini bir araya gətirib. Sizə interaktiv dərsləri asanca qurmaq imkanı qazandırır.

Daha kəsərli dərslər

MimioStudio proqram təminatını dərsləri fərdiləşdirən, şagirdləri məftun edən MimioClassroom alətlərinin beyninə bənzətmək olar. “MimioStudio8” proqramına interaktiv dərslərin təqdim edilməsini daha da asanlaşdıran yeni funksiyalar (Thumbnails, File Attachments, Transitions& Animations, Embedded Audio Object Cloning) daxil olunmuşdur.

Maraqlı məzmun

Dərsləri maraqlı etmək üçün Siz MimioStudio proqramının Qalereyasına (MimioStudio Gallery) daxil olub oyunlardan, testlərdən və yüzlərlə müxtəlif təsvirlərdən istifadə edə bilərsiniz.