Sevinc Babayeva

Yeniliyi anlayaraq, köhnəni bəsləyən şəxs müəllim ola bilər.

Söylə ki, unudum.

Göstər ki, yadda saxlayım.

Qoy mən özüm fəaliyyətdə olum və öyrənim.

Konfutsi (551-479 e.ə)

Dərs hər bir müəllimin vizit kartıdır. Pedaqoji fəaliyyətimizdə rəhbər tutduğumuz humanistlik, demokratiklik, sərbəstlik və s.kimi prinsiplər içərisində interaktivliyi xüsusilə qeyd etmək istəyirəm. Uzun müddət bu prinsipin reallaşması üçün uyğun vasitələr axtarırdım. Nəhayət MİMİO ilə tanış oldum!

MİMİO təlim texnologiyalarının ən üstün cəhəti onun universal olmasıdır. İstifadəsi çox sadə olan alətlər toplusu müəllimin fəaliyyətini asanlaşdırır, imkanları genişləndirir, az vaxt ərzində daha çox və effektiv iş görülür. Dərsin tipindən asılı olmayaraq, istənilən məqamda, konkret vəziyyəti nəzərə alaraq, MİMİO qurğusundan istifadə etmək olar. Belə dərslər çox dinamik olur, şagirdlər səylə çalışırlar, məqsədə çatmaq üçün bilik və bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini fəallıqla nümayiş etdirirlər.

İnteraktiv MİMİO qurğusu adi lövhəni «ağıllı lövhə» edir. MİMİO nəinki dərsin rasional təşkilidir, həm də pedaqoji və psixoloji məsələlərin həllidir. MİMİO öyrənmək, anlamaq və yaratmaq imkanı verən vasitədir.

Sevinc Babayeva,
225 saylı məktəbin riyaziyyat müəllimi