Aygün Əsgərova

Istənilən hamar səthin MİMİO-nun köməyi ilə interaktiv lövhəyə çevrilə bilməsi imkan verir ki, hər bir müəllim öz dərsini yüz eşitməkdənsə, bir görmək yaxşıdır prinsipi əsasında qura bilsin. MİMİO vizual tədris vasitəsi kimi yaradıcılıq fəaliyyətinin inkişafını, fənnə olan marağın artırılmasını təmin edir ki, bu da dərsdə materialın effektiv mənimsənilməsinə kömək edir. MİMİO şagirdlərin fərdi işlərinə də geniş imkan yaradır. Belə ki, şagirdlər işi yerinə yetirdikdən sonra öz işlərinin doğruluğunu yoxlamaq imkanına da malikdirlər.Şagirdlərin müstəqil tədrisə olan marağını nəzərə alsaq MİMİO bu cəhətdən əvəzolunmazdır. Ona görə də MİMİO şagirdlərin və müəllimlərin arzuladığı bir qurğu olaraq “Gələcəyə bir addım”dır.

Aygün Əsgərova,
287 saylı orta məktəbin müəllimi