Mehdizadə İlahə

Həyatı sevirsənsə , vaxtını boşa

vermə – çünki həyat vaxtdan ibarətdir.

(Benjamin Franklin)

Müəllimlərin böyük marağına səbəb olan Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Smart Texnologiyes “ şirkəti tərəfindən təşkil edilmiş “Dymo/ Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlim kurslarından çox faydalandıq

Öyrənib və bəyəndiyimiz yeni interaktiv təlim metodlarını gündəlik dərslərimizdə məharətlə tətbiq edirik.

MİMİO təlim metodlarını bilənə qədər dərslərimdə müxtəlif çətinliklərlə üzləşirdim . Adi bir tapşırıq üçün dərsdə çox zaman sərf olunur və az şagird iştirak edirdi. Mimio təlim metodunu dərsdə tətbiq etdikdən sonra fərqi hiss etdim. Şagirdlərin fəallığı , mövzuya marağı , dərsin daha canlı keçməsi buna sübut oldu. MİMİO ilə düşünür və düşündürürsən. MİMİO şağirdlərin müəllimdən asılı olmayaraq müstəqil işləməyə və məntiqini gücləndirməyə imkan verir. Bütün müəllimləri axtarışa cəlb edir.

Biz dünyada qəbul edilmiş Mimio təlim tədris metodunu öyrəndik , əhəmiyyətini hiss etdik və köhnə , əzbərçi üsullardan kəskin fərqləndiyini gördük. Mehriban və işini sevərək icra edən “Mimio ailəsindən” digər məktəblərin , ucqar təhsil ocaqlarının da bəhrələnməsini arzu edirəm.

Çünki , sağlam cəmiyyətin, düşüncənin təməli məktəbdə qoyulur.