MİMİO NECƏ İŞLƏYİR

İstənilən hamar səth, məsələn marker lövhəsi, MIMIO Xi köməyi ilə interaktiv kompyuter ekranına çevrilə bilər. Xüsusi tutqac vasitəsilə kompakt cihaz asanlıqla lövhəyə bərkidilir. Multimedia proyektoru vasitəsilə lövhəyə ekranda olduğu kimi, kompyuterin monitorundan görünüş ötürülür. Əlinizdəki stilus kompyuter mausunun bütün funksiyalarını icra edir. Stilus Mimio Xi- ilə, Mimio Xi isə öz növbəsində kompyuterlə qarşılıqlı əlaqədədir (USB və ya kabelsiz əlaqə). Siz marker lövhəsində, interaktiv ekran qarşısında olduğu kimi, istədiyiniz kompyuter programinda işləyə bilərsiniz.Mimio Xi-ın program təminatı sizə, tələbənin diqqətini cəlb etmək üçün, kompyuter görünüşü üzərində müxtəlif rəsm və qeydlər aparmağa, mətnin istənilən hissəsini və ya şəkillərini seçməyə imkan yaradır. Mimio Xi-ın oxuyucu bloku xüsusi futlyarda yerləşdirilən markerin vəziyyətini izləyərək informasiyanı kompyuterə ötürür. Qeydlər cihazın yaddaş kartında saxlanılır. Marker kopi-lövhəsi rejimində işləmək üçün proyektor əlbətdə ki, gərək deyil. Qurğunu müşayət edən proqram təminatı, ekranda cərəyan edən rəsmləri (interaktiv rejimdə) və marker lövhəsindəki yazıları (kopi-lövhə rejimində) ardıcıllıqla kompyuterdə saxlamağa imkan verir. Qurğu 10 saat ərzində bütün yazıları hafizəsində saxlamaq imkanına malikdir.